The Lord of the Flies contains many examples of symbolism which Golding has incorporated to show a deeper level to the main, mostly straightforward, storyline that reveals his thoughts on the nature of humanity and evil. |
Milçəklər Kralı əsəri əsas məzmunda yatan və Golding-in humanistlik və pislik təbiəti ilə bağlı şəxsi fikirlərini ehtiva edən bir çox simvolizm misalları ilə zəngindir. |
Below are some of the main symbols used in the book, but there are plenty more for you to discover yourself. |
Aşağıda kitabda istifadə olunan əsas simvollardan bəziləri göstərilib, lakin özünüz bundan da çox misal tapa bilərsiniz. |
Among such symbols may be included such small or natural seeming events like the coral reef, (Submarine warfare, surrounding of Britain by German U-boats?) or the "great fire", which may represent the first world war, ("We shall never commit to this savagery again"). |
Bənzəri simvollara mərcan rifləri kimi kiçik və ya təbii hadisələr (ola bilsin ki, Britaniyanın alman U-qayıqları tərəfindən əhatə olunması nəticəsində sualtı müharibəyə nəzərən) və ya birinci dünya müharibəsini əks etdirən "böyük yanğın" daxildir ("Bu vəhşiliyi bir daha törətməyəcəyik"). |
Blood is another symbol Golding uses extensively, although what he uses it for is open to interpretation. |
İzahı fərdə uyğun açıq qalsa da, Golding-in tez-tez istifadə etdiyi digər bir simvol qandır. |
The different styles of leadership shown by Jack and Ralph symbolize democracy and dictatorship, much like as depicted in George Orwell's Animal Farm where he used pigs to symbolize the USSR's communist leaders. |
Jack və Ralph-ın fərqli liderlik tərzləri demokratiya və diktatorluğu simvolizə edir. Bu yanaşma daha çox George Orwell-in Heyvanıstan əsərinə bənzəyir. Orwell donuzları SSRİ-nin kommunist liderləri kimi əks etdirirdi. |
The imaginary beast that frightens all the boys stands for the primal instinct of savagery that exists within all human beings. |
Bütün oğlanları qorxuya salan xəyali yırtıcı isə, bütün insanların içində yatan vəhşi primal instinktdir. |
The boys are afraid of the beast, but only Simon reaches the realization that they fear the beast because it exists within each of them. |
Oğlanlar yırtıcıdan qorxurlar və onların arasında bu qorxunun səbəbini yalnız Simon dərk edir. O anlayır ki, yırtıcı hər birinin içində yatdığı üçün hamısı ondan təşvişə düşür. |
As the boys grow more savage, their belief in the beast grows stronger. |
Oğlanla vəhşiləşdikcə, onların yırtıcının varlığına olan inamı da güclənir. |
By the end of the novel, the boys are leaving it sacrifices and treating it as a totemic god. |
Əsərin sonunda onlar artıq həmin yırtıcı üçün qurbanlar verir və onu totemik Allah kimi qiymətləndirirlər. |
The boys’ behavior is what brings the beast into existence, so the more savagely the boys act, the more real the beast seems to become. |
Yırtıcını reala çevirən də məhz oğlanların bu cür davranışıdır. Daha vəhşi davrandıqca, yırtıcının varlığı da daha real hal alır. |
The boys "become" the beast when they kill Simon. |
Oğlanlar Simon-u öldürən zaman yırtıcıya "çevrilirlər".
|
Golding describes the savages' behavior as animal like; the savages dropped their spears (man's tool) and "screamed, struck, bit, tore. There were no words, and no movements but the tearing of teeth and claws." |
Golding vəhşilərin davranışını heyvani təsvir edir; vəhşilər nizələrini (insana məxsus alət) yerə atdılar və "bağırmağa, zərbə atmağa, dişləməyə və cırmaqlamağa başladılar. Diş və caynaqların cırmağından başqa nə söz, nə də hərəkət eşidilirdi." |